Suriyada 4 mln nəfər ölkəni tərk edib - BMT


23:47     18 Oktyabr 2015 CC.PNG


Suriyada böhran səbəbindən 4 mln nəfər evini tərk etməyə məcbur olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə BMT-nin baş katibi Pan Qi Mun deyib.

Onun məlumatına görə, bütün dünya üzrə 60 milyondan çox insan qaçqın var. O əlavə edib ki, indiki miqrasiya böhranı İkinci Dünya Müharibəsindən bu vaxtadək ən böyüyüdür və dünya ictimaiyyəti üçün ciddi çağırışdır.

Pan Qi Mun qeyd edib ki, qaçqın axınından ən çox əziyyət çəkən İordaniya, Türkiyə, Livan və İraqdır. Suriyanın özündə 8 milyondan çox insan təcili humanitar yardıma ehtiyacı var.

“Livanın əhalisinin 25 faizini suriyalı qaçqınlar təşkil edir. İki milyon suriyalı qaçqın Türkiyəyə, 1,5 mln – İordaniyaya, 300 mini – İraqa və müəyyən sayda - Şimali Afrikaya, Misirə pənah gətirib”, deyə baş katib qeyd edib.

Son məlumata görə, 2015-ci ilin 9 ayı ərzində Aİ ölkələrinə 710 mindən çox miqrant gəlib.

Açar sözlər:

Oxunub: 920