16 yaşlı oğlanı öldürən gəncin məhkəməsi başlayır


14:34     03 Yanvar 2019 mehkeme%20tutulub.jpg

Binəqədi rayonunun Hökməli qəsəbəsində qətl törətməkdə təqsirləndirilən təvəllüdlü Ağaramazan İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.


Femida.az report-a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, qətl hadisəsi 2018-ci ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlanaraq qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb.

Araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətləri olduğu məlum olub.

Femida.az

Açar sözlər:

Oxunub: 555