Daha 3 qurum “ASAN ödəniş” sisteminə qoşuldu
15:08 03 Yanvar 2019
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Dövlət Reklam Agentliyi və “Azəriqaz” İB-nin “ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb.
Femida.az xəbər verir ki, vətəndaşlar və hüquqi şəxslər “ASAN ödəniş” sistemi vasitəsi ilə Milli Arxiv İdarəsi üzrə rüsum ödənişlərini, Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqqı ödənişlərini, “Azəriqaz” İB üzrə isə təbii qazdan istifadəyə görə kommunal xidmət haqqı ödənişlərini həyata keçirə bilərlər.
Müvafiq ödənişləri www.e-gov.az, www.asanpay.az portalı və ya “ASAN ödəniş” sisteminə qoşulmuş bütün ödəniş portalları, həmçinin 10 000-dən artıq ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkündür. “ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.
Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 6 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 120 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları, www.e-gov.az portalı eləcə də, sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.
Femida.az
Oxunub: 584
Oxşar xəbərlər
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Daha 2 koronavirus xəstəsinə cinayət işi açılıb
- Daha bir qrup şəxsin təqaüdü artırılıb
- Daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- Daha bir məktəbdə əyani tədris bərpa olundu
- Daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb