Qaşıqçıya görə 5 nəfər edam ediləcək - Səudiyyə Ərəbistanı qərar verdi


18:15     03 Yanvar 2019 19_01_03_1546516801.jpg

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçını öldürənlərdən 5-i edam ediləcək.


Femida.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistan Baş Prokurorluğu məlumat yayıb. Məlumatda qeyd edilir ki, Camal Qaşıkçının öldürülməsində iştirak edən 11 şübhəlinin 5-nin edam edilməsini istəyib.

Səudiyyə Ərəbistanı Baş Prokurorluğu noyabr ayında Səudiyyə jurnalist Camal Qaşıqçının öldürülməsinə görə, 21 adamın cinayətdə adı hallandığını, ancaq 11 adamın cinayətdə günahlandırıldığını qeyd edib. Digərlərinin cinayəti isə sübuta yetirilməyib. Cinayətin sifarişçiləri olan əsas 5 nəfərin isə edam edilməsi tələb edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı vətəndaşı, "Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra öldürülüb.

Açar sözlər:

Oxunub: 487


Oxşar xəbərlər