45 yaşlı qadın işgəncə ilə qətlə yetirildi


16:26     03 Yanvar 2019 meyit.PNG

Abşeron rayonunda qadın evində qətlə yetirilib.



Femida.az-ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsi, Təzəkənd kəndi ərazisində baş verib.

Həmin kənddə yaşayan, 1973-cü il təvəllüdlü Məmmədova Əqidə Mirzəkişi qızının üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdən tapılıb.

Qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 487