Xərçəng xəstəsi uşağa qarşı iyrənc əməl - Müalicəsi üçün yığılan pullar oğurlandı


16:40     03 Yanvar 2019 19_01_03_1546519463.jpg

Azərbaycanda xərçəng xəstəsi olan azyaşlı uşağa qarşı fırıldaqçılıq edilib. Leykozdan əziyyət çəkən körpə Aylinin ailəsi onun müalicəsi üçün uzun müddətdir ki, bank hesabı açdırıb pul toplayırdı. Uşağın atası həyatda olmadığı üçün Aylinin müalicəsi ilə dayısı və digər şəxslər məşğul olurdu. Yanvarın 1-də uşağın vəziyyəti qəfildən pisləşib.

Femida.az xəbər verir ki, ötən gecə Moskvada yaşadığını iddia edən və özünü "həci" kimi təqdim şəxs uşağın dayısı ilə “whatsapp” vasitəsi ilə əlaqə yaradıb. Rusiya mobil operatoruna məxsus nömrədən yazan şəxs uşağın dayısından hesab kartının şəklini istəyib və deyib ki, hesaba 50 min manat pul köçürəcək.

Dayını öz “xeyirxah” məqsədinə inandıra bilən “həci” üzərində bank rekvizitləri olan hesab kartının şəkilini ona göndərilməsinə nail olub. Səhəri günü hesabı yoxlayan ailə şok mənzərə ilə qarşılaşıb: Hesab boşdur!

Beləliklə, aylardır əziyyətlə yığılan pul ailənin deyərdim tək ümid yeri, onkoloji xəstə uşağın müalicəsinə yığılan məbləğ fırıldaqçı tərəfindən hesabdan çəkilib. Banka edilən müraciətdən sonra məlum olub ki, hesabdakı pul mərc oyunları üçün köçürülüb.

Adətən belə hallarda bankın qoruma sistemi olur, yaxud sms təsdiqləmə tələb edilir. Ən azından bir dəfəyə böyük məbləği hesabdan çıxarmaq mümkün olmur. Müəyyən limit qoyulur. yaxud buna bənzər digər qorunma sistemlər işə düşməli idi.

Qeyd edək ki, hesabdan ümumilikdə 4000 manatdan çox pul çıxarılıb.

















Vəkil Tural Süleymanov Femida.az-a açıqlamasında bildirib ki, ailə bu halda mütləq polisə müraciət etməlidir:

“İşə aid bütün yazışmaları və digər sübutlarla birlikdə polis orqanına şikayət ərizəsi ilə müraciət etmək lazımdır. Belə olan halda polis Rusiya mobil operatoruna sorğu verəcək. Azərbaycan və Rusiya hüquq-mühafuizə orqanları arasında əməkdaşlıq olduğundan onlar buna mütləq əsaslı bir cavab verəcəklər. Belə olan halda müəyyən ediləcək ki, nömrənin sahibi Azərbaycandadır, yoxsa Rusiyada. Zənnimcə burada ictimai bir hesabdan söhbət gedirsə, burada bir çox insanın pulu var və həmin insanlara qarşı dələduzluq əməlidir. Polis üzərinə düşən işi görəcək”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #uşaq   #xərçəng   #yardım   #oğurluq   #Rusiya  

Oxunub: 2771