Yunan konsul oteldə ölü tapıldı


17:11     03 Yanvar 2019 19_01_03_1546520427.jpg

Yunanıstanın Venesueladakı konsulu Anqelos Xaristeas Karakasdakı “Altamira Suites” otelində ölü olaraq aşkarlanıb.
Femida.az xarici mətbuata istinadən xəbər verir ki, Xaristeasın cəsədi oteldə yaşadığı otağından tapılıb. İlkin ehtimala əsasən, konsul patoloji xəstəlikdən ölüb. Lakin hazırda Venesuela hakimiyyəti bütün mümkün səbəbləri, o cümlədən də sui-qəsd ehtimalını araşdırır.

Qeyd olunur ki, 55 yaşlı diplomat ailəli və iki uşaq atası idi.

Açar sözlər:

Oxunub: 342