Ukraynada gəmi qəzası: 14 ölü


01:47     19 Oktyabr 2015 94434589.jpg


Oktyabrın 17-də Qara dənizin Ukraynanın Odessa vilayəti sahillərində səyahət gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Femida.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatında bildirilib.
Məlumata görə, qəza zamanı gəminin göyərtəsində 36 nəfər olub. Onlardan 22 nəfəri xilas edilib. Zərərçəkənlərdən 8 nəfəri hazırda xəstəxanadadır.
"İvolqa" gəmisi Odessanın Zatoka qəsəbəsi sahillərində çevrilib.
Bu gün Odessada qəza qurbanlarının xatirəsi üçün matəm elan edilib.

Açar sözlər:

Oxunub: 1170