Atəşkəs 26 dəfə pozuldu
09:25 04 Yanvar 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az -a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Füzuli rayonunun Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxunub: 316
Oxşar xəbərlər
- Atəşkəs rejimini qəsdən pozan düşmənin artilleriya bölməsi məhv edilib
- Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ
- Atəşkəs 61 dəfə pozulub
- Atəşkəs 30 dəfə pozulub
- Atəşkəs pozuldu
- Atəşkəs rejimi 36 dəfə pozulub
- Atəşkəs rejimi 97 dəfə pozulub
- Atəşkəs rejimi 43 dəfə pozulub
- Atəşkəs 26 dəfə pozulub
- Atəşkəs rejimi 23 dəfə pozulub