Hindistanda zavod partladı - Ölənlər var


09:39     04 Yanvar 2019 2019/01/hindistan-tecili1_1546580427.jpg

Hindistanın paytaxtı Yeni Dehlidə ventilyator pərlərinin istehsalı zavodunda baş verən partlayış nəticəsində 6 nəfər ölüb.


"NDTV"nin verdiyi məlumata əsasən, hadisə nəticəsində 8 nəfər yaralanıb. Xəsarət alanların vəziyyəti ağırdır.

Qeyd olunur ki, dağıntılar altında daha 8 nəfər qala bilər.

Polisin verdiyi məlumata əsasən, partlayışa səbəb zavoddakı qurğulardan birində yerləşən nasazlıq olub. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 298