Təhsil Nazirliyindən summativ qiymətləndirmə ilə bağlı AÇIQLAMA
12:18 04 Yanvar 2019
"Tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixi şagirdlərə əvvəlcədən elan ediləcək".
Femida.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
O bildirib ki, bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır: "Digər dəyişiklik isə lisey, gimnaziya və təmayülləşmə tətbiq edilən siniflərdə əlavə fənlər üzrə BSQ-lərin keçirilməsidir".
Nazirlik rəsmisi əlavə edib ki, summativ qiymətləndirmə 100 ballıq şkala ilə aparılacaq, yalnız yekunda 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, “Məktəbli kitabçası”na yazılacaq: "Başqa sözlə, qaydalara əsasən, bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək".
E.Əmrullayev qeyd edib ki, yeni qaydalar tədris ilinin II yarımilindən tətbiq olunacaq.
Xatırladaq ki, qəbul edilən yeni qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb. Böyük Summativ Qiymətləndirmə (BSQ) təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlərdən, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq. Təhsil səviyyələrinin sonlarında BSQ-lərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir. Bundan başqa, ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq, II, III siniflərdə yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) olacaq.
Femida.az
Oxunub: 598
Oxşar xəbərlər
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Təhsil Nazirliyi “Omikron”a görə məktəblərin bağlanıb-bağlanmayacağına aydınlıq gətirib
- Təhsil Nazirliyi məktəb direktorunun səs yazısı ilə bağlı araşdırmalara başlayıb
- Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb
- Təhsil nazirinin müşaviri işdən çıxarılıb, yeni vəzifəyə təyin olunub
- Təhsil kreditinin verilməsinə başlanılır - Rəsmi
- Təhsil naziri Naxçıvana gedib
- Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yayıb
- Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib
- Təhsil müəssisələri bağlana bilər? - Nazir danışır