Biləsuvarda payızlıq taxıl əkini başa çatıb


14:20     04 Yanvar 2019 2019/01/bil

Biləsuvarda taxılçılıq aparıcı təsərrüfat sahələrindən hesab olunur. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması rayonda taxılçılığın ilbəil genişlənməsinə səbəb olub.


Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, biləsuvarlı taxılçılar ötən il zəmilərdən 82 min 797 ton məhsul götürüblər. Bunun 37 min 469 tonu arpa, 45 min 328 tonu isə buğda olub. Əkinçilər cari ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Payızlıq taxıl səpininə mütəşəkkil başlayan fermer və torpaq mülkiyyətçiləri qısa müddətdə 29 min 213 hektarda səpin apararaq payızlıq taxıl əkinini başa çatdırıblar. Səpin zamanı əkinçilər rayonlaşdırılmış yüksək məhsuldar sortların əkininə üstünlük veriblər. Səpin aparılan sahələrdə yaxşı bitiş alınıb.

Qeyd edək ki, biləsuvarlı fermerlər ötən il biçin apardıqları taxıl sahələrinin hər hektarından 27,9 sentner məhsul götürüblər.

Femida.az

Açar sözlər:

Oxunub: 358