Azyaşlı qızları fahişəliyə cəlb edən şəxsin həbs müddəti artırıldı


15:06     04 Yanvar 2019 19_01_04_1546600004.jpg

Nərimanov Rayon Məhkəməsində azyaşlı qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Cəlal Mehdiyevin barəsində həbs-qətimkan tədbirinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.



Femida.az oxu.az-a istinadən xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

C.Mehdiyevin barəsində seçilmiş həbs-qətimkan tədbiri daha iki ay müddətinə artırılıb.

İttihama görə, Cəlal Mehdiyev sosial şəbəkədə azyaşlı qızları aldadıb. O, qızlara hədə-qorxu gəlib, onları fahişəliyə cəlb edib. Şikayət əsasında Cəlal Mehdiyev Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Cəlal Mehdiyevə Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

Açar sözlər:

Oxunub: 351