FHN-dən əhaliyə MÜRACİƏT - VİDEO
15:31 04 Yanvar 2019

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.
FHN-dən Femida.az-a daxil olan müraciətdə bildirilib ki, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:
qaz cihazı saz və standartlara uyğun olmalı;
cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!
Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.
Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!
Təhlükə zamanı 112-yə zəng edin!
Femida.az
Oxunub: 219
Oxşar xəbərlər
- FHN-dən “Diqlas”la bağlı son AÇIQLAMA
- FHN-dən “Hilton”dakı yanğınla bağlı açıqlama
- FHN-dən Qəbələ məktəbindəki yanğınla bağlı - Açıqlama
- FHN-dən Tərtərdəki partlayışla bağlı - Açıqlama
- FHN-dən Yasamaldakı yanğınla bağlı açıqlama
- FHN-dən "20 Yanvar"dakı hadisə ilə bağlı AÇIQLAMA
- FHN-dən batan şəxslərlə bağlı məlumat
- FHN-dən yanan maşınla bağl — Açıqlama
- FHN-dən körpüdəki intihara cəhdlə bağlı - Açıqlama
- FHN-dən Yevlax və Ağsudakı yanğın barədə AÇIQLAMA