Dilçilik İnstitutunda QALMAQAL - Müəllif plagiat iddialarına cavab verdi
16:23 04 Yanvar 2019
AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin hazırladığı “İzahlı dilçilik terminləri lüğəti”nin “Azərbaycan onomastikası” kitabından köçürülməsi ilə bağlı yayılan iddialara münasibət bildirilib.
“Azərbaycan onomastikası” kitabının həmmüəllifi, filologiya üzrə elmlər doktoru, professor Aydın Paşayev Femida.az-a bildirib ki, bu iddiaların heç bir əsası yoxdur: “Lüğətin tərtibi prinsipinə görə, əvvəlki lüğətlərdən terminlər toplanıb tərtib olunan yeni lüğətə daxil edilməlidir. Bu lüğətçilikdə qəbul olunmuş ən əsas prinsipdir. Azərbaycan onomastikası izahlı terminoloji lüğətini tərtib edən zaman Musa Adilovla birlikdə mən də bizdən əvvəlki bütün terminləri toplayıb lüğətə daxil etmişik. Lüğətçilikdə bu plagiat hesab edilmir. Ona görə də mən iki lüğəti müqayisə edərək plagiatlıq axtaranların fikrini yanlış hesab edirəm. Tərtib olunan İzahlı Dilçilik terminləri lüğəti mükəmməl bir lüğətdir və mənim tərtibçi olduğum kitabdan plagiatlıq edilməyib, qaynaq kimi istifadə edilib".
A.Paşayev problem ilə bağlı yazılı sənədlə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoyluya müraciət edib.
“Azərbaycan onomastikası” kitabı Musa Adilov və Aydın Paşayevin həmmüəllifliyi ilə tərtib edilib.
Femida.az
Oxunub: 920
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"