Salyanda “KamAZ”la toqquşan “BMW”nin sürücüsü öldü


16:30     04 Yanvar 2019 19_01_04_1546605051.jpg

Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, yanvarın 3-də saat 17:00 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində Salyan şəhər sakini Seyidabdulla Ağalarovun idarə etdiyi “BMW” və Aşağı Surra kənd sakini İlham Rəhmanovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə “BMW”nin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 291