Kəndçi "Super Marketə” gedər? - Millət vəkilindən ŞƏRH


16:40     04 Yanvar 2019 19_01_04_1546605576.jpg


"Bütövlükdə ölkəmizdə əkin üçün yararlı torpaqlar nə qədər istəsən var. Bir gün avtomobillə Lənkərana gedək. Görəcəksiniz ki, rayona kimi yolun sağ-solu demək olar ki, boşdur. Astarada adamlar işləyir. Cəlibadda, həmçinin Gəncə və Şəmkirdə də yol boyu hamı əkin işləri ilə məşğul olur. Qalan yerlər boşdur".

Femida.az xəbər verir ki, bu sözləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, İqtisad elmləri doktoru, professor Rüfət Quliyev Unikal.org-a müsahibəsində deyib.

Mənim doğulduğum Lənkəran rayon Sütəmordov kəndində insanlar hər zaman əti, südü, yumurtanı öz həyətlərindən götürürdülər. Heyvan saxlayır, əkin əkirdilər. Bunu gedib bazardan almırdılar. İndi kəndə gedəndə bunu çox az görmək olur. Kiminlə görüşürsən hamı fəxrlə deyir ki, "Super Marketə” gedirəm. Kimsə bu sözü mənə deyəndə, elə bilirəm kəndçilərim məni təhqir edirlər. Kəndçi "Super Marketə” gedər? Vallah mən bəzən Lənkəranda çayxanalarda da görüş keçirirəm. Allah şahiddir. Bir nəfər ən azı 20 dəqiqə problem danışır. 21-ci dəqiqədə deyirəm siz qurtardınız, qoy mən danışım. Soruşuram torpağınız var? deyir bəli var. Digəri deyir torpağım var, satıb "mercedess” almışam. Nədi-nədi qonşusunun da "mercedess”i var. Astara gömrüyündən Tehrana kimi 14 saat avtomobillə yol getmişəm. Yol kənarlarına baxanda adam zövq alır. İnsanların hamısı əkib-becərirlər. İnsnaların torpağa necə məhəbbətləri var!. Bizdə torpağa məhəbbət az olduğu üçün ərzaq mallarının bahalaşmasında problemlər yaşayırıq. Sovet dövrünün ən ağıllı işi sovxoz-kolxozları yaratması idi. İnsanları məcburi əməyə cəlb edirdilər. İndi seçicilərimlə görüşür, onlara məsləhət verirəm ki, yığıb birlikdə fermer təsərrüfatınızı yaradın", - deyə deputat qeyd edib.

Femida.az

Açar sözlər: #deputat   #kənd   #kəndçi  

Oxunub: 1533