Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmə təxirə salındı - SƏBƏB
19:30 04 Yanvar 2019
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Femida.az report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, məhkəmə kollegiyasının üzvü Əhməd Quliyev səhhətində problem olduğu üçün prosesdə iştirak edə bilmir.
Bu səbəbdən məhkəmə iclası yanvarın 8-dək təxirə salınıb.
Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.
Femida.az
Oxunub: 450
Oxşar xəbərlər
- Narkoloji Mərkəzə yeni baş direktor təyin edilib
- Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmə işindən SON XƏBƏR
- Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi
- Narkoloji Mərkəzin həbsdə olan əməkdaşı: “Azərsu”ya müraciət etmişdik...”
- Narkoloji Mərkəzdəki yanğınla bağlı təqsirləndirilən direktor: Binanın qapılarının hamısına qıfıl vurulmuşdu
- Narkoloji Mərkəzin tibb bacısı məhkəmədə dindirilib
- Narkoloji Mərkəzdəki faciənin səbəblərindən biri AÇIQLANDI
- Narkoloji Mərkəzdə yanan şəxsin arvadı: Dörd gün idi ki, orada müalicə olunurdu
- Narkoloji Mərkəzi mən yandırmamışam -Təqsirləndirilən şəxsdən şok ifadə
- Narkoloji dispanserdə yanğın törədən alkoqolik: “Arvadımla münasibətlərim korlanmışdı..."