Azərbaycanda tutulub Türkiyəyə təhvil verilən müəllimdən XƏBƏR VAR


20:20     04 Yanvar 2019 2019/01/A414174D-90AB-4AFF-80D7-567796FD7A83_1546618851.jpeg

Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilən FETÖ-çü müəllim Mehmet Gelen məhkəmə qarşısına çıxarılıb.


Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankara məhkəməsi M.Gelenin həbsinə qərar verib. O, məhkəmə iclasından sonra həbsxanaya yerləşdirilib.

Qeyd edək ki, Fətullah Gülənə məxsus məktəblərdə müəllimlik edən M.Gelenin saxta pasportla Belarusa keçmək cəhdi baş tutmayıb. O, Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilib.



Femida.az

Açar sözlər:

Oxunub: 348