Tarix müəlliməsini qaçıranların məhkəməsi başlayır


20:33     04 Yanvar 2019 1398947325_mehkeme.jpg

Gəncə Ağır Cinayətlər Məhkəməsində adam qaçırmaqda təqsirli bilinən mütəşəkkil dəstənin məhkəməsi başlayır.

Femida.az -ın məlumatına görə, Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinən Muradov Mirəsgər Mirsaab oğlu, Muradov Kamil Mirsayad oğlu və Muradov Mirhüseyn Mirqafar oğlunun məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 9-da hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Abbasova Bəyim Qurban qızı tanınıb. Belə ki, Samux rayonunun Qarayeri kənd sakini Mirəsgər Muradov evlənmək məqsədi ilə Bəyim Abbasovanı qaçırdıb. Bu işdə ona qohumları Kamil və Mirhüseyn kömək edib. Ancaq bu izdivaca razılıq verməyən Bəyim Abbasovanın valideyinləri Samux Rayon Polis Şöbəsinə şikayət ediblər. Bundan sonra adları çəkilən hər üç şəxs təqsirləndirilən şəxs qismində həbs ediliblər.

Qeyd edək ki, zərərçəkmiş Bəyim Abbasova Samux rayonunda tarix müəllimi işləyir. Saxlanılan Mirəsgər Muradov isə iş adamı kimi tanınır.

Femida.az

Açar sözlər:

Oxunub: 487