Seçici siyahılarının hazırlanması yekunlaşır


22:21     15 May 2015 F6907329-A461-46B1-BBBA-2C963F9F447F_mw800_s.jpg

Bu il keçiriləcək parlament seçkiləri ilə bağlı seçici siyahılarının hazırlanması üzərində son işlər həyata keçirilir.


Femida.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. O bildirib ki, bu iş ayın sonuna qədər yekunlaşacaq:

“Çalışmalıyıq ki, vətəndaşların səsvermə hüququ pozulmasın. Bununla bağlı da iş aparılır. Düşünürəm ki, ilin sonunda keçiriləcək parlament seçkilərində vətəndaşların səsverməsində problem olmayacaq”.

M. Pənəhov bu məsələdə diqqətli olmağın vacibliyini qeyd edib:

“Bütün proseduralar dəqiqliklə yerinə yetirilməlidir. Hətta siyasi partiya sədrləri də seçici siyahıları ilə tanış olmalıdır. Sonda bu siyahılar nümayiş olunacaq. Seçki siyahlıları maksimum dərəcədə tərtib olunmalıdır. Əsas odur ki, seçkidə iştirak edən vətəndaşlar üçün problem yaranmasın. Kimsə hansısa səbəbdən seçici siyahısına salınmayıbsa, onların da səsverməsi təmin olunmalıdır. Çünki vətəndaşın səs verməsi mütləqdir”.

M.Pənahov əlavə edib ki, hansısa səbəblərdən seçici siyahısına düşə bilməyən vətəndaşların seçki günü səs verməsi üçün heç bir problem yaranmayacaq:

"Hər bir vətəndaşa seçkilərdə iştirak etmək imkanı yaradılacaq. Yəni seçici siyahısına düşməyən vətəndaş qeydiyyatda olduğu ərazi üzrə seçki məntəqələrində şəxsiyyət vəsiqəsini təqdim etməklə səsvermədə iştirak edə bilər".

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 580