Dünyanın ən güclü dilləri açıqlandı – Siyahıda türk dili də var

Dünyanın ən güclü dilləri açıqlandı – Siyahıda türk dili də var


11:19     05 Yanvar 2019 19_01_05_1546672975.jpg

Dünya İqtisadi Forumu (WEF) dünyanın ən güclü dillərinə dair araşdırma aparıb.

Bu barədə Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Dünyanın ən güclü dilləri sırasında coğrafiya, iqtisadiyyat, mədəniyyət, media və diplomatiya kateqoriyalarında dəyərləndirilərək müəyyənləşdirilib.

İlk 10-luğa girən dillər 6-sı Avropa dilləridir. Siyahıda ilk pilləni tutan 446 milyon şəxsin ana dili olan ingilis dili dünyanın ən güclü dilidir.

İkinci dil isə 960 milyon şəxsin ana dili olan Çin (mandarin) dilldir.

80 milyonun ana dili olan fransız dili üçüncü yeri tutur. Siyahıda 4-cü və 5-ci yerlərdə müvafiq olaraq ispan (470 milyon) və ərəb (295 milyon) dilləri gəlir.

150 milyonunun ana dili olan rus dili olan isə 6-cı yerdə qərarlaşıb.

Alman dili siyahıda yeddinci ən güclü dil olub. Alman dilini ana dili kimi istifadə edən şəxslərin sayı 93 milyondur.

8,9, 10-cu yerləri isə siyahıda yapon (125), portuqal (215) və hind (310) dilləridir.

88 milyonun ana dili olan türk dili isə dünyanın ən güclü 18-ci dili olub.


Açar sözlər:

Oxunub: 206