Selfi etmək istədi, öldü


15:12     05 Yanvar 2019 19_01_05_1546674216.jpg

Hindistan vətəndaşı İrlandiyada selfinin qurbanı olub.


Femida.az qafaqazinfo-ya istinadən xəbər verir ki, bədbəxt hadisə ölkənin qərbində yerləşən Kler qraflığında baş verib. Belə ki, 20 yaşlı gənc turistik yer olan Moher Qayalıqlarında özünü çəkmək istəyərkən müvazinətini itirib.

O, 200 metr yüksəklikdən aşağı yuvarlanaraq dünyasını dəyişib. Gəncin Dublində universitetlərdən birində təhsil aldığı bildirilir. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 425