Bakı-Gəncə sürət qatarı yolda qaldı


12:37     05 Yanvar 2019 19_01_05_1546677507.jpg

Bakı-Gəncə sürət qatarı yolda dayanıb.


Femida.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.

"Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb".
Qeyd edək ki, sözügedən qatarda Əməkdar artist Abbas Bağırov da olub.



Açar sözlər:

Oxunub: 770