Dollar yenə bahalaşdı


14:46     19 Oktyabr 2015 dollar9.jpg

Bu gün oktyabrın 16-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.


Femida.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 19-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 16-sı ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0474 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0023 manat və ya 0,19% azalaraq 1,1898 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,58% azalaraq 0,0170 manat səviyyəsində qərarlaşıb.

Açar sözlər:

Oxunub: 957