Dilənçilik adıyla evdən oğurluq edən qadınlar saxlanıldı


14:12     05 Yanvar 2019 19_01_05_1546683396.jpg

Şəkidə soyğunçular saxlanılıb

Femida.az-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki rayonu Zunud kənd sakini Arif İdrisov DİN-in “102 Zəng Mərkəzi “ xidməti ilə əlaqə saxlayaraq evindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat vermiş, soyğunçuluğu törədən şəxsləri elə özü həyətdən çıxmaq istəyərkən tutub saxladığını bildirmişdir.

Məlumat aidiyyatı üzrə Şəki ŞRPŞ-yə göndərilib və polis əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Aparılmış ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazdı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib. Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evə qanunsuz daxil olaraq oradan 1166 manat pulu və qızıl-zinət əşyalarını götürüb evdən çıxmaq istəyərkən ev sahibi A. İdrisov tərəfindən yaxalanıblar.

Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 691