Ərdoğanla Poroşenko görüşdü


17:12     05 Yanvar 2019 2019/01/E19709F0-B8BB-448C-8DEE-F9AE271FA09C_1546693067.jpeg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə görüşüb.

Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, prezidentlərin 1 saat 15 dəqiqə çəkən təkbətək danışıqları İstanbulda mətbuata qapalı keçirilib.

Dövlət başçıları strateji əməkdaşlığın genişləndirilməsinə dair məsələləri müzakirə ediblər. Bundan əlavə, Ərdoğan və Poroşenko Türkiyə ilə Ukrayna arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığında müsbət dinamikanı, qarşılıqlı turist axınının artmasını nəzərdən keçiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 329