Azərbaycanlı gənc Rumıniyada partiya rəhbəri ola bilər


17:43     05 Yanvar 2019 2019/01/1907335D-9D08-4E35-A9EF-527DD237F9AC_1546694533.jpeg

“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı Rumıniyada partiya rəhbərliyinə iddialıdır.

Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az -a verilən məlumata görə, xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı, yaşadıqları cəmiyyətə inteqrasiya etməsi günün vacib tələblərindəndir.

Artıq, xaricdə yaşayan bəzi soydaşlarımız var ki, onların ictimai-siyasi fəaliyyətləri diqqəti cəlb edir və daim qürurla izlənir. Belə soydaşlarımızdan biri də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı, “Azərbaycan Diaspor Gəncləri” təşkilatının Sosial Media Qrupunun aktiv üzvü, 20 ilə yaxındır Rumıniyada yaşayan soydaşımız Kamran Allahverdiyevdir.

K.Allahverdiyev Rumıniyada yaşasa da, öz doğma dilində və türk dilində, eləcə də ingilis, alman və rumın dillərində sərbəst danışa bilir. Gənc olmasına baxmayaraq Rumıniyada aktiv ictimai-siyasi fəaliyyətlə də məşğul olur, siyasət adamları ilə görüşür, müzakirələr aparır və bir sıra layihələrdə onlarla əməkdaşlıq edir.

Bu günlərdə isə gənc soydaşımızla bağlı daha bir xoş xəbər aldıq. Belə ki, Cluj-Napoca şəhərində Rumıniyada hazırda iqtidarda olan PNL (liberal milli partiya) toplantı keçirib. Rumıniya siyasətinin tanınmış simalarının, millət vəkillərinin, Avropa Parlamentinin üzvlərinin qatıldığı toplantıda ölkənin aparıcı təşkilatlarından birinə rəhbərlik etmək üçün Kamran Allahverdiyevin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Cluj-Napoca Rumıniyanın tələbələr şəhəri kimi tanınır. Burada demək olar ki, bütün ölkələrdən olan tələbəyə rast gəlmək mümkündür.

Seçkilərin bu ayın sonunda keçiriləcəyi planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 365