“E-Manat” terminalından pul oğurlayan yeniyetmə saxlanıldı


19:06     05 Yanvar 2019 emanat.jpg

Yasamalda "E-Manat" terminalından pul oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Femida.az-ə verilən məlumata görə, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birində quraşdırılmış "E-Manat" ödəmə terminalından 736 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 389