Tələbə qızları öldürən qatil İstanbulda tutuldu
19:32 05 Yanvar 2019
Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları Buket Yıldız və Zeynəb Hüsünbeyini qətlə yetirən şəxs saxlanılıb.
Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tələbə qızların qatili Hüsnü Can İstanbulda məzarlıqda ələ keçirilib. Baxış zamanı onun üstündən tapança və bıçaq götürülüb.
Qeyd edək ki, Hüsnü Can yanvarın 2-də səhər saatlarında B.Yıldızın evdə olmamasından istifadə edərək, onun yaşadığı mənzilə daxil olub. Qız evə gələn zaman H.Can onu öldürüb. Daha sonra izi itirmək üçün Zeynəb Hüsünbeyini də qətlə yetirib. Cinayətkar yanvarın 3-də axşam saatlarında Türkiyəyə qayıdıb.
İlkin araşdırma zamanı məlum olub ki, "Rinkov" ləqəbilə tanınan Hüsnü Can Buket Yıldızın keçmiş sevgilisidir.
Femida.az
Oxunub: 560
Oxşar xəbərlər
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- Tələbələrə şad xəbər: Fevralın 16-dan başlayacaq
- Tələbələrin təqaüdü artırıldı - SƏRƏNCAM
- Tələbələrin universitetə girişi belə tənzimlənəcək
- Tələbə krediti ilə bağlı tələb və güzəştlər məlum olub
- Tələbələrin COVID-19 pasportunun olması tələb olunacaq
- Tələbələrin köçürülməsinin qaydaları açıqlanıb
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- Tələbə qız özünü dənizə ataraq intihar edib