Dünyanın ən uzun avtomobil körpüsü istifadəyə veriləcək


20:55     05 Yanvar 2019 19_01_05_1546703057.jpg

Küveytdə dünyada ən uzun avtomobil körpüsünün inşası davam edir.

Femida.az bildirir ki, körpünün (48,5 km) tikintisi 2019-cu ildə yekunlaşacaq.

Şeyx Caber adına körpünün inşası Koreyanın "Hyundai" korporasiyası ilə 2,6 milyard dollar dəyərində müqavilənin imzalanmasından 6 il sonra - aprel ayında başa çatacaq.

Küveytin şəhər aqlomerasiyası ilə qarşıdakı Küveyt buxtasını birləşdirəcək körpü müvafiq olaraq 36,1 və 12,4 km uzunluqlara malik iki hissədən ibarət olacaq. Qeyd edək ki, buxtada Küveyt hakimiyyəti "İpək şəhəri" adlı bir neçə milyardlıq memarlıq layihəsini həyata keçirməyi planlaşdırır.

Xatırladaq ki, hazırda dünyada ən uzun avtomobil körpüsü (42 km) Çinin şərqindəki Sindaoda yerləşir.

Açar sözlər:

Oxunub: 441