Parisdə 18 "sarı jiletli" saxlanılıb


09:22     06 Yanvar 2019 2019/01/0E2EE02D-1F0A-42D7-A5C2-C36F84DF8076_1546721573.jpeg

Fransanın paytaxtı Parisdə "sarı jiletlər" hərəkatının etiraz aksiyası zamanı 18 nəfər saxlanılıb.

Femida.az bildirir ki, bu barədə Fransanın "BFM" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən, Parisdə aksiyalarda 3,5 minə yaxın insan iştirak edibş

Daha əvvəl "Agence France-Presse" agentliyi" paytaxtda etiraz aksiyaları zamanı 103 nəfərin saxlanılması barədə məlumat yaymışdı. Lakin daha sonra məlumatın səhvən buraxıldığı bildirilmişdi.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 409