Sayğac dəyişdirildi - Abonentə 160 manat borc gəldi?
10:15 06 Yanvar 2019
Sayğac dəyişdirildikdən sonra abonentə 160 manat borc gəlib.
Femida.az xezerxeber.az-a istinadən bildirir ki, Goranboyun Nizami kəndində yaşayan Şahbaz Quliyev ötən ilin noyabrında elektrik sayğacının dəyişdirilməsi üçün müvafiq quruma müraciət edib. Abonent iddia edir ki, işlətmədiyi halda ona 160 manat enerji borcu yazılıb.
Sayğac dəyişdirilən zaman onun videogörüntüsünü çəkən kənd sakini yeni sayğacın elektrik olmadan işlədiyini və 1 gün ərzində 160 manat yazdığını iddia edir.
Şahbaz Quliyev məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət edib. Sakinə bildirilib ki, borc sayğacın nasazlığı ucbatından yaranmayıb və ödənmədiyi təqdirdə onun evinə enerji verilişi dayandırılacaq. Məsələ ilə bağlı Goranboy Elekrik Şəbəkəsindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin sayğac yoxlanılması üçün Mingəçevir şəhərindəki laboratoriyaya göndərilib. Labarotoriyanın nəticəsinə əsasən isə sayğacda heç bir problem aşkarlanmayıb və keçən yükü normal qeyd etdiyi müəyyənləşib.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən də bildirildi ki, görüntülər əsasında araşdırma aparılıb və xəttə qoşulmadığı halda onun enerji sərf etdiyi ortaya çıxmayıb. Üzərindəki işığın xətdən ayrı halda yanıb sönməsi isə normal haldır.
Femida.az
Oxunub: 619
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"