İlin ilk Günəş tutulması baş verdi


11:47     06 Yanvar 2019 gunes_tutulmasi_000.jpg

İlin ilk Günəş tutulması hadisəsi baş verib.

Femida.az-ın məlumata görə, 2019-cu ilin ilk Günəş tutulması yanvarın 6-na təsadüf edib. Təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 03:34-də başlayıb, 07:49-da başa çatıb.

Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünüb.

Xatırladaq ki, sonuncu Günəş tutulması hadisəsi 2018-ci il avqustun 11-də qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 349