Hərbçilərimiz beynəlxalq tədbirdə


15:35     19 Oktyabr 2015 herbici5.jpg

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabrın 19-dan 23-dək Brüssel şəhərində (Belçika Krallığı) tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) konsepsiyaların hazırlanması və tətbiq edilməsi kursu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Açar sözlər:

Oxunub: 1029