Boşanmış qadınlara bildiriş göndəriləcək -Səudiyyədə


17:16     06 Yanvar 2019 2018/12/hicab-tacik_1545633127.jpg

Səudiyyə Ərəbistanında ərləri tərəfindən xəbərsiz şəkildə boşanılan qadınların mobil telefonlarına məhkəmə tərəfindən qısa müsaj göndəriləcək.

Bu qərar hər nə qədər qadın hüquqlarının xeyrinə görünsə də, ölkədə mədəni hüquqa edilən dəyişikliklər hələ də müzakirə edilir.

Qeyd edək ki, ötən il Səudiyyədə qadınların avtomobil idarə etməsinə icazə verilməsi və buna bənzər bir səra yeniliklər tətbiq olunub. Lakin hələ də qadınlar üçün bir sıra qadağalar mövcuddur. Məsələn qadınlar təkbaşına səyahət etmək, pasport üçün müraciət etmək, bank hesabı açmaq kimi bir çox məsələdə ərlərindən, ata və ya qardaşlarından icazə almaq məcburiyyətindədirlər. / Qaynarinfo

Femida.az

Açar sözlər:

Oxunub: 445