"Sınıq Körpü"də “Donuz qripi” ilə bağlı tədbirlər görülür


18:27     06 Yanvar 2019 2019/01/bcfec6b6-ce48-41d2-aaae-a0e5612a7bd5_1546784392.jpg

Gürcüstanda yayılan А(H1N1) - “Donuz qripi” virusu ilə əlaqədar Azərbaycanın qonşu ölkə ilə olan "Sınıq Körpü" gömrük sərhəd-buraxılış məntəqəsində profilaktik tədbirlər həyata keçirilir.

Femida.az -ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları xüsusi qoruyucu geyimlərdən istifadə etməklə ölkəyə daxil olan nəqliyyat vasitələrini, xüsusilə onların təkərlərini müxtəlif kimyəvi maddələrlə dezinfeksiya edirlər.

Daha sonra avtomobillər "yaşıl xətt"ə buraxılırlar.

İstər “donuz qripi”, istərsə də “quş qripi”nin əsas əlamətləri qızdırma simptomudur. Buna görə də, bütün sərhəd-keçid məntəqələri lazımi termoqurğularla təchiz olunub.

Yoxlama və müşahidə tədbirləri vətəndaşların xəbəri olmadan aparılır. Yüksəklikdə quraşdırılan termal kamera hər kəsi asanlıqla müşahidə edir və hərarəti müəyyən edir.

DGK bu işdə mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edir. Bundan başqa, Səhiyyə Nazirliyi, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün mütəmadi əlaqə mexanizmləri müəyyən edilib.

Açar sözlər:

Oxunub: 445


Oxşar xəbərlər