Evakuatorla avtobus toqquşdu, yük maşını aşdı – yaralı var (Foto)


19:28     06 Yanvar 2019 19_01_06_1546788543.jpg

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə qəza Binəqədi-Fatmayi yolunda qeydə alınıb. Belə ki, evakuator sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində evakuatorun üzərində olan “Qazel” markalı yük avtomobili aşıb. Avtobusun sürücü ağır yaralanaraq təcili tibbi yardımın köməyi ilə yaxınlıqdakı tibbi məntəqəsinə aparılıb.

Yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 433