Qobustanda bir ailənin iki gəlini qazdan zəhərləndi


21:14     06 Yanvar 2019 19_01_06_1546792746.jpg

Qobustanda bir ailənin iki gəlini dəm qazından boğulub.

Femida.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Ərəbqədim kəndində baş verib.

Kənd sakinləri 1987-ci il təvəllüdlü Xəlilova Vüsalə Musaxan qızı və eltisi, 1993-cü il təvəllüdlü Xəlilova Azadə Ələkbər qızı hamamda olarkən dəm qazından zəhərlənib. Qəfil huşunu itirən qadınlar yerə yıxılıblar. Onlar bu vəziyyətdə ailə üzvləri tərəfindən tez aşkarlanıb və Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Hər iki qadının həyatını xilas etmək mümkün olub. Onlara tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki şəxsin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Açar sözlər:

Oxunub: 365