Üstünə "kubik" düşən kişi öldü - Cəlilabadda


09:24     07 Yanvar 2019 19_01_07_1546838810.jpg


Cəlilabad sakini daş karxanasında xəsarət alması nəticəsində ölüb.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda fəaliyyət göstərən daş karxanalarının birində baş verib.

Daş karxanasında işləyən Cəlilabad rayonunun Əliqasımlı kənd sakini Mehdiyev Vüqar Əlizadə oğlunun üzərinə mişar daşı düşüb. Nəticədə o, ölüb. Hazırda mərhumun meyiti doğulduğu kəndə gətirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Cəlilabad  

Oxunub: 653