Nazirliyə bir ildə 160 374 müraciət edilib
09:52 07 Yanvar 2019
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə 160 374 müraciət daxil olub.
Nazirlikdən Femida.az-a verilən xəbərə görə, müraciətlərin 96 faizi əsasən sosial təminat növləri, əmək qanunvericiliyinin tətbiqi, sosial sığorta münasibətləri, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma qaydaları, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı sorğulardan ibarət olub. Müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib.
Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlar məlumatlandırılıb.
Femida.az
Oxunub: 402
Oxşar xəbərlər
- Nazirliyə yeni səlahiyyətlər verildi
- Nazirliyə daxil olan şikayət araşdırıldı
- Nazirliyə yeni səlahiyyətlər verilib - Övladlığagötürmə ilə bağlı
- Nazirliyə suallarınızı canlı yayımdan verə biləcəksiz
- Nazirliyə yeni mətbuat katibi təyin edildi
- Nazirliyə üç ayda 548 müraciət edilib
- Nazirliyə bir ayda 11 min müraciət edilib
- Nazirliyə 185 müraciət daxil oldu - 182-i həll edildi
- Nazirliyə 3,5 milyon manat ayrıldı
- Nazirliyə 9 mindən çox müraciət daxil olub