Dəhşətli anlar kamerada!Qız ona "yox" deyən oğlanı öldürdü


10:07     07 Yanvar 2019 19_01_07_1546841310.jpg

Türkiyədə 26 yaşlı qadın evlilik təklifini rədd edən sevgilisini öldürüb.

Femida.az xəbər verir ki, Fizil Kızıldere pizza mağazasında birlikdə işlədiyi 24 yaşlı kuryer Mehmet Sönmezlə bir müddətdir eşq yaşayıb. Ötən gün birlikdə işdən çıxan gənclər küçədə bir anda mübahisə etməyə başlayıblar. Filiz Kızıldere sevgilisinə evlənmək istədiyini söyləyib. Lakin Sönməz qadının istəyini rədd edib. Ardınca qadın çantasından çıxardığı silahla oğlana atəş açıb. Oğlan ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.






Hadisə zamanı Filiz də silahla özünü öldürmək istəyib. Lakin polisin müdaxiləsindən sonra o, fikrindən daşınıb.



"9 ay Mehmetlə birlikdə çalışdıq və sevgili olduq. Evlilik ərəfəsinə gələndə o, məni atıb getdi və münasibətimizi bütün iş yerində yaydı. Buna görə İstanbuldan silah aldım və işə getdim. Ona işdən sonra danışmaq istədiyimi dedim. Evlilik tələbəimi rədd etdi və mən də ona 3 dəfə atəş açaraq öldürdüm” deyə gənc qız izahatında bildirib.

Femida.az

Açar sözlər: #Türkiyə   #qadın  

Oxunub: 3732