14 qadının çantasından oğurluq edən şəxs - Məhkəmə qarşısında
10:09 07 Yanvar 2019
Bakıda 14 qadının çantasından oğurluq etməkdə təqsirləndirilən Oqtay Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az report-a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mətanət Hacıyevanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 10-na təyin edilib.
Qeyd edək ki, O.Hüseynov ötən ilin sentyabr ayından oktyabrın 16-dək olan müddətdə rayon ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə ümumilikdə 14 qadının çantalarından mobil telefonlarını oğurlayıb.
Daxil olmuş müraciətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Hüseynov saxlanılıb.
Femida.az
Oxunub: 334
Oxşar xəbərlər
- 14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxs kimdir? – Gizli qəhrəman
- 147 abituriyent buraxılış imtaanlarından azad edilib
- 1429 yeni yoluxma qeydə alındı, 17 nəfər öldü
- 140 yeni yoluxma qeydə alındı
- 14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
- 14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
- 144 yeni yoluxma faktı qeydə alınıb
- 14 şəhid ailəsi və müharibə əlili evlə təmin olundu
- 146 yeni yoluxma qeydə alındı, 154 nəfər sağaldı
- 141 yeni yoluxma - 151 xəstə sağaldı