Ukraynanın parçalanacağını deyən ekstarsens öldü


10:45     07 Yanvar 2019 2019/01/37178189_2098101193810530_8649322595155443712_n_1546843710.jpg

Rusiyanın “Ekstrasenslərin savaşı” teleşousunun iştirakçısı Darya Voskoboyeva ölüb.


Femida.az xəbər verir ki, bu barədə şounun digər üzvü Nikol Kuznetsova özünün İnstaqram səhifəsində yazıb.

Onun xərçəng xəstəliyindən öldüyü deyilir.


Qeyd edək ki, Darya Voskoboyeva bundan əvvəl Ukrayna dövlətinin 5 müstəqil ölkəyə parçalanacağı proqnozunu vermişdi:

“Yeni il Ukrayna üçün ölkənin taleyini tamamilə dəyişəcək böyük təlatümlərlə başlayacaq. Yazda Pyotr Poroşenko və komandası yeni Maydan iştirakçıları tərəfindən hakimiyyətdən uzaqlaşdırılacaq. Buna görə də indi ölkəni idarə edənlər ölkəsindən qaçan Yanukoviçin taleyini yaşamamaq üçün özlərini xilas etməli olacaqlar. Lakin hakimiyyətə gələn qiyamçılar da portfel və kresloları bölüşə bilməyəcək, bunun üçün də mübahisələr pik nöqətisinə çatacaq, nəticədə isə Ukrayna 5 müstəqil dövlətə parçalanacaq. Artıq 2018-ci ilin yayında Ukrayna indiki sərhədləri çərçivəsində mövcud olmayacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 698