Vəzifəli şəxsin otağına oğru girdi - Seyfi kəsmək istəyirdi
11:13 07 Yanvar 2019
Ucar Rayon İcra Hakimiyyətinin binasında icra başçısının birinci müavini Əliş Cəbrayılovun kabinetindən oğurluğa cəhd olub.
Femida.az Report-a istinadən xəbər verir ki, naməlum şəxs kabinetə daxil olaraq orada olan seyfi kəsməyə cəhd göstərib. Hadisə zamanı İcra Hakimiyyətinin mühafizəçiləri kabinetə daxil olduğundan həmin şəxs qaçmağa nail olub.
Əməliyyat nəticəsində oğurluğa cəhd edən şəxsin Göyçay rayon sakini, 30 yaşlı Kənan İsmayılov olduğu məlum olub. O, saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 603
Oxşar xəbərlər
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- MN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"
- MN: Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək
- MN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiya prosesi həyata keçiriləcək"
- Bakıda obyektdən içərisində 63 min manat olan seyf oğurlanıb
- Masallıda poçt şöbəsindən seyf oğurlandı
- Bakıda marketdən seyf oğurlayan şəxs görün kim imiş - VİDEO
- Seyfdə narkotik gəzdirən Cəlilabad sakini saxlanılıb
- Marketdən içərisi pulla dolu seyf oğurlandı
- Bakıda sexdən seyf oğurlandı