Yanvarın 21-i iş günü olacaq?


11:39     07 Yanvar 2019 2019/01/january-2019-calendar-_1546847010.png


Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Gününün bu il həftənin bazar gününə təsadüf etməsi yanvarın 21-də iş gününün olub-olmayacağı sualını doğurub.


Femida.az xəbər verir ki, yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir.

Lakin Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Buna görə də yanvarın 20-nin həftənin bazar gününə təsadüf etməsinə baxmayaraq, növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 21-si iş günü hesab ediləcək.

Qeyd edək ki, bu il 8 Mart - Qadınlar günü, 20, 21, 22, 23, 24 mart - Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü, 5,6 iyun - Ramazan bayramı, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust - Qurban bayramı, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilməyəcək.

Bununla yanaşı, bu il 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 2034