Anar Hüseynov yüksək vəzifəyə təyinat aldı


11:47     07 Yanvar 2019 19_01_07_1546847305.jpg

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Femida.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb.

Qurumun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 MMC daxildir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumatı təsdiqləyiblər.

Anar Hüseynov daha əvvəllər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 954