Vüqar Hüseynov nazirliyin mətbuat katibi təyin edildi


11:50     07 Yanvar 2019 2019/01/vuqar_1546847469.jpg


Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimiayyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Femida.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.

Şöbənin müdiri Anar Hüseynovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilməsindən sonra müvafiq posta keçib.

Xatırladaq ki, V. Hüseynov əvvəllər APA TV-də direktor vəzifəsində çalşıb.

Femida.az

Açar sözlər: #KTN   #kənd   #nazirlik  

Oxunub: 858