Əfqanıstanda qızıl mədənində uçqun: 30 ölü, 15 yaralı


11:53     07 Yanvar 2019 2019/01/efqanistan-tecili-meden_1546847678.jpg

Əfqanıstanın şimal-şərqindəki Badahşan vilayətinin Kohistan rayonunda bir qızıl mədənində baş verən uçqun nəticəsində azı 30 fəhlə həyatını itirib, 15 fəhlə yaralanıb.

Badahşan vilayəti mətbuat katibi Nik Məhəmməd Nəzəri Kohistanın Şapu bölgəsindəki qızıl mədənində işçilərin çalışdığı zaman uçqun meydana gəldiyini bildirib.

30 fəhlənin həyatını itirdiyini qeyd edən Nəzəri 15 fəhlənin xəsarət aldığını deyib. Nəzəri yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu, ölənlərin sayının artmasından narahatlıq duyulduğunu qeyd edib.

O, sözügedən yataqda minlərlə fəhlənin qanunsuz şəkildə qazıntı apardığını dilə gətirib.

Femida.az

Açar sözlər:

Oxunub: 371