"Qonşudan çörək istəməkdən bezmişik" deyən şəxsin müraciətinə - Nazirlikdən reaksiya


12:12     07 Yanvar 2019 2019/01/49452-1546846818_1546848699.jpg

Bəzi saytlarda Şəki şəhəri Baş Göynük kənd sakini Rəhimov Bayram İsmayıl oğlunun özünüməşğulluq proqramına cəlb olunması xahişi ilə bağlı müraciəti yayımlanıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məsələ ilə bağlı Femida.az-a bildirib ki, müraciətə əsasən nazirliyin əməkdaşları tərəfindən Bayram Rəhimovla əlaqə saxlanılaraq yerli Məşğulluq Mərkəzinə dəvət edilib.

İlkin olaraq B.Rəhimov işaxtaran kimi qeydiyyata alınıb. Daha sonra özünüməşğulluq proqramı ilə bağlı ətraflı izahat verilib.

Onun sözlərinə görə, vətəndaşın müraciəti və özünüməşğulluq fəaliyyəti qurmaq üçün potensialı nəzərə alınmaqla o proqrama cəlb olunub. Bayram Rəhimov proqram çərçivəsində təşkil olunacaq təlimləri uğurla bitirdikdən sonra öz kiçik ailə təsərrüfatını yaratmaq imkanına sahib olacaq: "Məlumat üçün deyim ki, indiyədək vətəndaş özünüməşğulluq proqramına cəlb olunmaq üçün yerli orqana müraciət etməyib".


Qeyd edək ki, Bayram Rəhimov “Özünəməşğulluq proqramına qoşulma” ilə əlaqədar müraciət ünvanlamışdı.

O müraciətində qeyd edirdi ki, uzun müddət sürücü işləsədə hazırda işləmir:

"Hazırda 5 nəfərlik ailəmlə kənd təsəsrrüfatıilə bu günədək məşğul olmuşam. Son 20 ildir ki, işsizlikdən əziyyət çəkirəm. Ailədə uşaqlar da yetkinlik yaşlarına çatsalar da hamımız işsizik. Pulsuzluqdan oğul və qızımızı evləndirə bilmirik. Yazda əkinçiliklə, qışda isə bir az mədəni desək dilənçiliklə məşğuluq. Yəni, qonşulardan un, çörək, duz çay istəməkdən bezmişik. Nə edək, yoxun üzü qara olsun. Pulumuz olmadığından ünvanlı sosial yardım da ala bilmədik. Kənd camaatı bizim vəziyyəti yaxşı bilir ki, yaşamaq üçün nə qədər zülm çəkirik. Doğrudur, əvvəllər yük avtomobilim olanda çoxlu mal-qaraya baxırdım, dolanırdıq. İndi vəziyyətim o dərəcə çətinləşdi ki, ailəmə düşən pay torpağımın 1 ha-nı 2018-ci ilin əvvəlində satıb yoldaşımın müalicəsinə xərclədim. Hazırda mənim yalnız 0,73 ha yoncalıq ot sahəm qalıbdır ki, mal-qaram olmadığından onun da otunu satımaqla yaşamağa çalışıram. Həyətimdə 8 m uzunluğunda, 3 m eni olan mal tövləm var. Ot navesim də var. Amma neçə illərdir ki, bircə dana qulağı da yoxdur ki, onu tumarlayıb baxım, cüzəran edim. Hamı bilir ki, mən vaxtilə necə maldar olmuşam. Kəndimizin kənarında da 10000 ha-la örüş sahəsi olduğu halda mən indi aciz durumda qalmışam".

Femida.az

Açar sözlər:

Oxunub: 1352